Hindistanın Mumbay şəhərində hasarın gecəqondu daxmalarının üstünə aşması nəticəsində 12 nəfər ölüb, daha 13 nəfər xəsarət alıb.
APA xəbər verir ki, bu barədə “ANI” agentliyi məlumat yayıb.
Məlumata görə, hasarın aşmasına səbəb güclü musson yağışları olub. Dağıntılar altında hələ də qalanların olduğu bildirilir.
Hadisə yerində xilasetmə işləri davam etdirilir. Xilas olunan yaralılar xəstəxanalara yerləşdirilib.