Hələbdə azərbaycanlı döyüşçü öldürüldü
05 dekabr 2013 16:52 (UTC +04:00)

Hələbdə azərbaycanlı döyüşçü öldürüldü

Suriyanın Hələb şəhəri ətrafında gedən döyüşlərdə Azərbaycan vətəndaşı Rüstəm Əsgərov həlak olub. Lent.az-ın məlumatına görə, bu barədə Suriyada hökumətə qarşı döyüşən “İraq və Şam İslam Dövləti” silahlı qruplaşmasının yaydığı xəbərdə deyilir.

Məlumata görə, Rüstəm Əsgərov “İraq və Şam İslam Dövləti”nin tərkibində döyüşən azərbaycanlılardan ibarət camaatlığın ideoloqu hesab edilirmiş. Səudiyyə Ərəbistanındakı Mədinə İslam Universitetində təhsil almış Əsgərov 20 yaşından müxtəlif islam ölkələrində dini qruplaşmaların tərkibində döyüşüb.

Əsgərovun Azərbaycanda 4 il həbsdə yatdığı da deyilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3942
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar