Gürcüstanlı nazir: "Bu səbəbdən Batumidə boş qalmış çimərliklər görürük"
"Rusiya bazarı Gürcüstanın ixracatında 13 faiz təşkil edir və bu, xüsusi göstəricidir".
APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişafı naziri Natia Trunava jurnalistlərə açıqlamasında belə deyib.
O bildirib ki, Rusiya ilə iqtisadi əlaqələrin zəifləməsinə görə ölkədə şərab ixracatçıları, fermerlər və digər istehsalçılar çətin vəziyyətlə üzləşiblər. Nazir qeyd edib ki, Gürcüstana turist axınının 25 faizi Rusiyadandır və hazırki durum ölkənin turizm sektorunu əhəmiyyətli şəkildə zədələyib.
“Bu zədələyici münasibətlər səbəbindən Batumidə boş qalmış çimərliklər görürük. Zərər 4 milyard lariyə çata bilər və bunun nəticəsini hər bir vətəndaş hiss edə bilər. Biznesin seçimlərinə hörmət etmək lazımdır. Bura ailə hotelləri, taksi sürücüləri, restoran sahibləri kimi milyonlarla turistin ölkəyə gəlməsini gözləyən insanlar daxildir”,- deyə N.Trunava bildirib.
839