Finlandiyanın prezidenti Sauli Niiniste bu gün “Yorvi” xəstəxanasında əməliyyat olunub.
APA-nın xəbərinə görə, bu barədə dövlət başçısının dəftərxanası məlumat yayıb.
Məlumata əsasən, planlaşdırılmış cərrahiyyə əməliyyatı uğurla keçib və Sauli Niiniste artıq evə buraxılıb. Bərpa müddətinin bir həftə çəkəcəyi bildirilir.