Filippindən Çinə sərt təpki
Filippin Xarici İşlər Nazirliyi Cənubi Çin dənizində Çin gəmilərinin mübahisəli Titu adası yaxınlığında görünməsindən narahatdır.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Filippin XİN bunun qeyri-qanuni olduğunu bəyan edib.
Xarici siyasət idarəsinin açıqlamasında qeyd olunur ki, Çinin ən azı 200 gəmisi filippinlilərin Pag-asa adlandırdığı Tuti adası yaxınlığında görünüb. Açıqlamada Çinin bu hərəkətinin Filippinin suverenliyinin pozulması anlamına gəldiyi qeyd edilir.
776