İspaniya məhkəməsi Suriyanın sabiq vitse-prezidenti Rifaat Əsədə və onun ailə üzvlərinə məxsus, ümumi dəyəri 735 mln. dollar olan 500-dək obyektin müsadirə edilməsi və bank hesablarının bloklanmasına dair qərar qəbul edib.
APA-nın “Associted Press”ə istinadən verdiyi xəbərə görə, Suriya prezidentinin əmisi Rifaat Əsəd, Bəşər Əsədin atasının hakimiyyətdə olduğu dövrdə vitse-prezident vəzifəsində çalışıb. O, 1984-cü ildə uğursuz dövlət çevrilişi cəhdindən sonra ölkədən qovulmuşdu.
Bir müddət əvvəl Fransada Rifaat Əsəd barəsində dələduzluq və “çirkli pulların yuyulması” maddələri üzrə cinayət işini başlayıb.