Əsəd Suriyanın əsas məqsədlərini açıqladı
02 dekabr 2015 07:13 (UTC +04:00)

Əsəd Suriyanın əsas məqsədlərini açıqladı

Suriya prezidenti Bəşər Əsəd Çexiya televiziyasına müsahibəsində terrorçuluq üzərində qələbə, dünyəvi dövlətin qorunub saxlanılması və suriyalıların maraqlarına uyğun siyasi islahatların həyata keçirilməsinin  Suriyanın əsas məqsədləri olduğunu bildirib.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, onun 10 il sonra Suriyanı necə təsəvvür etməsinə dair suala cavabında Bəşər Əsəd terror üzərində qələbənin ən əsas və alternativsiz məqsəd olduğunu qeyd edib: “İkinci əsas vəzifə dünyəvi cəmiyyətin qorunub saxlanılması, üçüncü məqsəd isə - Suriya vətəndaşlarının maraqlarına uyğun şəkildə lazımi siyasi islahatların həyata keçirməkdir”.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 218
avatar

Oxşar yazılar