Ermənistanın keçmiş müdafiə naziri Mixael Arutyunyan qırmızı bülletenlə axtarışa verilib.
Lent.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, 2008-ci ildə keçirilmiş prezident seçkiləri ilə əlaqədar olaraq fevral və mart aylarında etiraz aksiyaları zamanı zorakılıq törətməkdə təqsirləndirilir.
Keçmiş müdafiə naziri həmçinin konstitusion rejimin devrilməsi cəhdində ittiham olunur.
Arutyunyanın 2008-ci il fevralın 23-də prezident tərəfindən qoyulmuş tapşırıqların yerinə yetirilməsi haqqında” gizli və qanunsuz əmr imzaladığı bildirilir.
Mixael Arutyunyan 2007-2008-ci illərdə 1 il 2 ay müddətində Ermənistanın müdafiə naziri işləyib.