<b>Ermənistanda etirazçılar hava limanına gedən yolu bağladılar</b>
02 may 2018 09:39 (UTC +04:00)

Ermənistanda etirazçılar hava limanına gedən yolu bağladılar

 

Ötən gün “Yelk” (Çıxış) fraksiyasının rəhbəri Nikol Paşinyanın parlamentdə baş nazir seçilməməsinə etiraz olaraq tərəfdarları İrəvan hava limanına gedən yolu bağlayıblar.

 

Lent.az tert.am-a istinadən bildirir ki, etirazçılar bu istiqamətdə 4 əsas prospektə “canlı sipər” çəkib. Hüquq-mühafizə orqanları nəqliyyatın hərəkətini iflic durumdan çıxarmaq üçün hərəkətə keçib. Hələlik etirazçılara şifahi xəbərdarlıq edilir.

 

Bu arada Avropa Birliyi Ermənistanda tərəfləri dialoqa çağırıb. Avropa Birliyinin Cənubi Qafqaz üzrə nümayəndəsi Mariya Kosiançiçi deyib ki, Avropa Birliyi Ermənistanda iqtidar və müxalifət düşərgəsini dialoqa səsləyir. Yaranmış hökümət böhranından çıxış yolunu məhz dialoq təşəbbüslərində görür.

Mariya Kosiançiçi Ermənistanda hüquq-mühafizə orqanlarını sadə insanların fakir və ifadə azadlıqlarına hörmət etməyə çağırıb. Onların ictimai baxışlarını ifadə etməyə səsləyib.

 

Avropa Birliyinin nümayəndəsi ikinci Ermənistan parlamentində baş nazirin seçiləcəyinə və hökümət böhranının sona çatacağına ümidvar olduğunu deyib:

 

“Bu, ancaq qarşılıqlı dialoq şəraitində ola bilər. Buna alternativ yol isə hələ ki, yoxdur”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 254
avatar

Tural TURAN

Oxşar yazılar