Ərdoğandan Kılıçdaroğluna 100 min lirəlik TƏLƏB
20 yanvar 2016 16:45 (UTC +04:00)

Ərdoğandan Kılıçdaroğluna 100 min lirəlik TƏLƏB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin aparıcı siyasi partiyalarından olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlundan 100 min lirə təzminat tələb edib.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb K.Kılıçdaroğlunun prezident haqqında işlətdiyi ifadələr olub. CHP lideri yanvarın 19-da Türkiyə Böyük Millət Məclisinin qrup toplantısındakı çıxışında və şəxsi “Tvitter” hesabında Türkiyə prezidentinə qarşı bir sıra ittihamlar səsləndirib.

 

Həmin çıxışlarda Türkiyə prezidentinin şərəf və ləyaqətinin alçaldan ifadələrin olduğu iddia olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 278

Oxşar yazılar