İŞİD qruplaşması Dəməşqdə törədilən terror hücumlarına görə məsuliyyəti öz üzərinə götürüb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qruplaşma iki kamikadzenin martın 15-də törətdiyi partlayışlara görə məsuliyyəti üzərinə götürüb.
Xatırladaq ki, martın 15-də terrorçu-kamikadze Dəməşqdəki Ədalət Sarayının girişində özünü partladıb. Son məlumata görə, partlayış nəticəsində 35 nəfər ölüb, 60-dək insan yaralanıb.