Qərbi Afrika ölkələrini bürüyən ölümcül virusdan daha bir nəfər dünyasını dəyişib.
Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, Qərbi Afrika ölkələrindən olan Syera Leonedə bir müddət əvvəl Ebola epidemiyasına yoluxduğu müəyyən edilən bir dəfər dünyasını dəyişib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu virusa yoluxanların sayının 25 minə çatacağını vurğulayır. Statistikaya üç Qərbi Afrika ölkəsi – Qvineya, Liberiya və Syerra Leone daxildir. Ebola virusunun yaratdığı epidemiya nəticəsində bu ölkələrdə minlərlə insan çarəsiz şəkildə ölümə təslim olacağı günü gözləyir.
Qeyd edək ki, bir ölkədə Ebolanın tamamilə başa çatması üçün 42 gün müddətində heç bir yeni virus daşıyıcısına rast gəlinməməlidir.