İslamabad dünyanın yeganə paytaxtıdır ki, burda teatra da getməzlər
Bura İslamabaddır. 200 milyon əhalisi olan Pakistanın paytaxtı. Onun küçələri, binaları, insanları və hətta min oyundan çıxan meymunu. 22 milyon əhalisi olan Karaçidən, 18 milyon əhalisi olan Lahordan fərqli paytaxtda «az» adam yaşayır - 2 milyon deyirlər.
Amma Pakistanın ürəyi bu şəhərlə döyünür.
İslamabad dünyanın yeganə paytaxtıdır ki, burda konsert zalı, kinoteatr yoxdur.
İslamabad dünyanın yeganə paytaxtıdır ki, burda heç bir əyləncə mərkəzinə də rast gələ bilməzsən. Burda teatra da getməzlər, çünki teatrı da yoxdur.
Burda heykəl də yoxdur, abidədə də. Bəlkə də maraqsız, sönük həyat yaşayır paytaxt. Bəlkə də İslam Respublikası olduğundandır.
Amma burda ziddiyyətlər, təzadlar var. Bu gün fövqəladə vəziyyət halında yaşayan İslamabadı bəlkə də daha maraqlı və canlı edən də bu ziddiyyətlərdir….
Qeyd: Pakistandan geniş yazıları və bu ölkənin müasir tarixində önəmli rol oynamış insanlarla müsahibələri Azərbaycanda ancaq Lent.az-dan oxuyacaqsınız.
Qaçırmayın. Oralarda bizi çox sevirmişlər.
Səbuhi Məmmədli,
İslamabad-Pakistan