Dövlət Departamenti əməkdaşlarını Tripolidən çıxarıb
10 may 2013 06:46 (UTC +04:00)

Dövlət Departamenti əməkdaşlarını Tripolidən çıxarıb

ABŞ Dövlət Departamenti Liviya paytaxtından əməkdaşlarını çıxarmaqla yanaşı, vətəndaşlarına bu ölkəyə səfəri təxirə salmağı məsləhət görüb.

 

Lent.az-an xarici informasiya vasitələrinə istinadən məlumatına görə, departament bunu Liviya təhlükəsizlik sahəsində vəziyyətin pisləşməsi ilə əlaqələndirib.

 

«Mayın əvvəlində silahlı qruplaşmalar keçmiş rejimin məmurları haqda qanunla razılaşmadıqları üçün hökumət binasını mühasirəyə alıblar» - deyə, qurum bildirib.

 

Departament bildirib ki, Liviyada istiqrarın olmaması ABŞ vətəndaşlarına konsul xidmətində məhdudiyyətlərin artmasına səbəb olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 563
avatar

Oxşar yazılar