Doğma bacısını hamilə qoyan qardaş tutuldu
08 avqust 2014 14:01 (UTC +04:00)

Doğma bacısını hamilə qoyan qardaş tutuldu

Türkiyədə polis bacısına təcavüz etdiyi iddia edilən qardaşı saxlayıb. Lent.az-ın “Hürriyət”-ə istinadən verdiyi xəbərə görə, Aydın şəhərində yaşayan 17 yaşlı K.Ç 5 ay əvvəl yatdığı yerdə 29 yaşlı doğma qardaşı H.Ç tərəfindən zorlanıb.

 

Dünən xəstəxanaya gətirilən qızın 20 həftəlik hamilə olduğu da məlum olub. K.Ç uşağı abort etdirmək istədiyini bildirib. Abort üçün nəzərdə tutulmuş qanuni müddətin başa çatması və K.Ç-nin yaşının azlığı səbəbindən xəstəxana prokurorluğa məlumat verib.

 

Aydın Polis İdarəsinin əməkları tərəfindən dindirilən K.Ç qardaşı H.Ç-nin ona təcavüz etdiyini etiraf etsə də, qardaşından şikayət etməyib. K.Ç daha sonra bunları deyib: “İki ay təcavüzə məruz qalmağımı heç kimə demədim. Daha sonra böyük qardaşım E.Ç “Mən H.Ç ilə danışaram, bir də belə şey etməz” deyərək sakitləşdirdi. Ancaq bunun da heç bir faydas olmadı. Bundan sonra qardaşım iki dəfə mənə təcavüz etməyə cəhd göstərdi. Mən də dözmədim, başıma gələnləri anama danışdım. Vəziyyətim belə olduğu üçün də anam məni xəstəxanaya gətirdi”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9603
avatar

Yalçın UĞUR

Oxşar yazılar