Danimarkа, Finlandiya Fələstinin diplomatik statusunu artırıb
05 may 2013 06:11 (UTC +04:00)

Danimarkа, Finlandiya Fələstinin diplomatik statusunu artırıb

Danimarka və Finlandiya hakimiyyətləri Fələstinin uyğun olaraq, Kopenhagen və Helsinkidə səfirlik səviyyəsində nümayəndəliyinin açılması barədə qərar qəbul ediblər.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, Danimarka Xarici İşlər Nazirliyi bildirib ki, bu birgə qərara Şimal dövlətlərinin əməkdaşlığı inkişaf etdirmək kontekstindən baxılmalıdır. Bu qərar qüvvəyə minəndən sonra bölgədəki bütün dövlətlər Fələstin diplomatları ilə tanınmış dövlətlərin səfirlikləri səviyyəsində əməkdaşlıq edəcək.

 

Bununla yanaşı Danimarka XİN qeyd edib ki, diplomatik missiyanın statusunun artırılması Danimarka və Finlandiyanın birtərəfli qaydada Fələstini tanınması demək deyil. 

# 544
avatar

Oxşar yazılar