Çinin CNPC şirkətinin Tayvandakı neft emalı zavodunda boyler qurğusu partlayıb. Partlayışdan sonra ərazidə güclü yanğın baş verib.
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, partlayışın səbəbi hələlik məlum deyil.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, xilasedici və həkim briqadaları cəlb edilib.
Yanğını nəzarətə götürmək mümkün olub.