Cənubi Koreyada Çxanvon şəhərində gəmiqayırma zavodunda partlayış olub.
APA-nın “Renxap” agentliyinə istinadən verdiyi məlumata görə, “STX Offshore & Shipbuilding” şirkətinə məxsus tərsanədə tikilən neft tankerində baş verən partlayış nəticəsində 4 nəfər ölüb.
Partlayışın səbəbi dəqiqləşdirilir. Tanker Yunanıstandan olan sifarişçiyə bu ilin oktyabrında təhvil verilməlidir.