Çavuşoğlu Hamburqda çıxış edəcək
07 mart 2017 20:28 (UTC +04:00)

Çavuşoğlu Hamburqda çıxış edəcək

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun Almaniyanın Hamburq şəhərində bu günə  planlaşdırılan çıxışı Türkiyənin bu şəhərdəki Baş konsulluğunun binasında baş tutacaq. APA-nın xəbərinə görə, bu barədə  “Spiegel”in yaydığı məlumatda bildirilib.

 

Qeyd edək ki, Hamburq şəhər administrasiyası bundan əvvəl Mövlud Çavuşoğlunun türk icmasının nümayəndələri qarşısında planlaşdırılan çıxışına qadağa qoyub. Qadağa görüşün keçiriləcəyi məkanda şəraitin yanğın təhlükəsizliyi normalarına cavab verməməsi ilə əlaqələndirilib.

 

Mövlud Çavuşoğlunun çıxışı Almaniya vaxtı ilə 18.00-a (Bakı vaxtı ilə 21.00-a) planlaşdırılıb.  

 

Qeyd edək ki, iki ölkə arasında münasibətlər almaniyalı jurnalist Dəniz Yücelin İstanbulda həbs edilməsindən, eləcə də Almaniyanın Türkiyədəki referendumla bağlı ölkə ərazisində türkiyəli nazirlərin iştirakı ilə geniş toplantıların, mitinqlərin keçirilməsinə icazə verməməsindən sonra gərginləşib. Türkiyə hüquq-mühafizə orqanları D. Yüceli terrorçu təşkilatlarda iştirak, məlumatların qanunsuz istifadəsi və terrorçuluğun təbliğatında şübhəli bilir. Almaniya kansleri Angela Merkel jurnalistin azad olunmasını və Türkiyədə KİV azadlıqlarına əməl olunmasını tələb edib.

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə rəsmi Berlinin hazırkı siyasətini nasist Almaniyasının yürütdüyü siyasətə bənzədib. Bu sözlə Almaniyada kəskin etiraza səbəb olub və almaniyalı siyasətçilər R. T. Ərdoğan haqqında çox ağır ifadələr işlədiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 273
avatar

Oxşar yazılar