Buxarestdən Dublinə uçan təyyarənin quyruğu yerə dəydi
10 fevral 2018 04:54 (UTC +04:00)

Buxarestdən Dublinə uçan təyyarənin quyruğu yerə dəydi

0

Rumıniyanın paytaxtı Buxarestdə “Ryanair” aviaşirkətinə məxsus Boeing 737 sərnişin təyyarəsi qəza enişi edib.

 

APA-nın RT-yə istinadən verdiyi xəbərə görə, İrlandiyanın paytaxtı Dublinə uçan layner havaya qalxarkən təyyarənin quyruq hissəsi uçuş-enmə zolağına toxunub. Havaya qalxan təyyarə dərhal hava limanına qayıtmalı olub. 

 

Sərnişinlər və ekipaj üzvləri xəsarət almayıb.  Sərnişinlər başqa təyyarə ilə Dublinə yola salınıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 354

Oxşar yazılar