
Bu ölkədə dünyanın ən sürətli superkompüteri hazırlanacaq
“Cray” superkompüter istehsalçısı və ABŞ Energetika Nazirliyi arasında 600 milyon dollar dəyərində “El Capitan” adlı dünyanın ən sürətli superkompüterinin hazırlanmasına dair saziş imzalanıb.
Lent.az “ictnews”a istinadla xəbər verir ki, qurğunun hazırlanmasında, həmçinin ABŞ Milli Nüvə Təhlükəsizliyi İdarəsi (NNSA) və Lourens adına Livermor Milli Laboratoriyası (LLNL) iştirak edəcək.
“El Capitan” məhsuldarlığı bir ekzaflopsu üstələyəcək ilk qurğu olacaq. Belə ki, o, saniyədə bir kvintilyon əməliyyat yerinə yetirəcək. Sistem “ClusterStor” məlumat saxlama sistemli və “Slingshot” daxili bağlantı texnologiyalı yeni “Cray Shasta” arxitekturası əsasında qurulacaq. Superkompüterdən ABŞ nüvə arsenalının idarəetməsi üçün istifadə planlaşdırılır.
Məlumata görə, “El Capitan”, məsələn, milli təhlükəsizliyə təhdidlərin yaranması hallarının və nüvə silahının idarəetməsi ilə əlaqədar digər vəzifələrin operativ qiymətləndirilməsi üçün tətbiq ediləcək. O, Lourens adına Livermor Milli Laboratoriyasında yerləşən “Sequoia” sistemindən 50 dəfə və gücünə görə ikinci olan “Sierra” superkompüterindən 10 dəfə sürətli işləyəcək.
“El Capitan” superkompüterinin 2023-cü ildə istifadəyə veriləcəyi gözlənilir.
Oxşar yazılar

Bu ölkədə güclü zəlzələ oldu
6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı
6 iyul 2025 , 09:49
Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı
6 iyul 2025 , 07:30Mülki təyyarə Trampın qolf klubuna yaxınlaşdı – F-16-lar havaya qalxdı
6 iyul 2025 , 06:16
Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu
6 iyul 2025 , 00:38
Cümhuriyyət Xalq Partiyasının 3 bələdiyyə sədri saxlanıldı
5 iyul 2025 , 11:23
"Çelsi" klublararası dünya çempionatının YARIMFİNALINDA
5 iyul 2025 , 07:15