Bu adalarda qasırğa nəticəsində ölənlərin sayı 43-ə çatdı
Baham adalarında “Dorian” qasırğası nəticəsində ölənlərin sayı artıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qasırğa nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb.
Daha əvvəl ölənlərin sayı 30 nəfər təşkil edib.
Qasırğa nəticəsində ABŞ-ın Cənubi Karolina və Corciya ştatlarının 220 mindən çox sakini işıqsız qalıb. Eyni zamanda, Şimali Karolina və Florida ştatlarında fövqəladə vəziyyət elan edilib.
601