Britaniya polisi terror aktı hazırlamaqda şübhəli bilinən şəxsi saxlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə London polisinin press-relizində bildirilir.
Məlumata görə, 18 yaşlı şəxs ölkəni tərk etməyə cəhd edərkən qatarda saxlanılıb. Polis hazırda onun yaşadığı mənzilə baxış keçirir. Saxlanılan gənc həmçinin terroru təbliğ edən nəşrlər yaymaqda və qadağan edilmiş təşkilatı dəstəkləməkdə şübhəli bilinir.