Ben Ladenin oğlu sanksiya siyahısında yer aldı
05 yanvar 2017 23:50 (UTC +04:00)

Ben Ladenin oğlu sanksiya siyahısında yer aldı

ABŞ Usama ben Ladenin oğlu Həmzə ben Laden və “Ərəbistan yarımadasında Əl Qaidə” qruplaşmasının lideri İbrahim əl-Bana qarşı sanksiyalar tətbiq edib.

 

APA-nın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.

 

Məlumata görə, Həmzə ben Laden sanksiya siyahısına ABŞ-ın milli təhlükəsizliyi və vətəndaşlarına ciddi təhlükə yaradan fəaliyyətinə görə daxil edilib.  Dövlət Departamentinin məlumatına əsasən, o, 2015-ci ilin avqustundan “Əl Qaidə”-nin sıralarına qatılıb və qərb ölkələrin  paytaxtlarında hücumlar törətməyə çağırıb.  

 

ABŞ bundan əvvəl İbrahim əl-Banın ələ keçirilməsinə dəstək olana  5 mln. dollar vəd etmişdi.   

 

Qeyd olunan şəxslərin ABŞ ərazisində bütün əmlakı və maliyyə aktivlərinə həbs qoyulub.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 250
avatar

Oxşar yazılar