ABŞ-da güclü zəlzələ oldu
ABŞ-ın Kaliforniya ştatının cənubunda 7,1 bal gücündə zəlzələ baş verib.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Los-Ancelesdən 193 kilometr şimalda, onun ocağı 10 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələ nəticəsində bəzi binalara ziyan dəyib. Bir nəfərin yüngül xəsarət aldığı deyilir.
Los-Anceles hava limanının rəhbərliyi öz açıqlamasında bildirib ki, təbii fəlakət təyyarələrin iş qrafikinə təsir etməyib.
714