Avropa Mərkəzi Bankı Yunanıstan banklarına kredit yardımının həcmini artırdı
23 iyul 2015 06:38 (UTC +04:00)

Avropa Mərkəzi Bankı Yunanıstan banklarına kredit yardımının həcmini artırdı

Avropa Mərkəzi Bankı Yunanıstan banklarının təcili maliyyələşdirilməsi proqramı üzrə (Emergency Liquidity Assistance — ELA) kreditləşmənin maksimum həcmini 900 mln avroyadək artırıb. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə,  bununla ELA-nın ümumi həcmi 91 mlrd avroya çatıb.

 

Mənbə Yunanıstan banklarının təcili maliyyələşdirilməsi proqramı üzrə  kreditləşmənin yuxarı həddinin hər həftə analoji templərlə artırılacağını istisna etməyib.

 

Avropa Mərkəzi Bankı təcili kredit yardım proqramı çərçivəsində Yunanıstan banklarına 1,55 faizlə (adi maliyyələşdirilmə isə 0,05 faiz  nəzərdə tutur) kreditlər təqdim edir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 174
avatar

Oxşar yazılar