Aİ Şurasının sədri Donald Tusk Ukraynadakı böhrana görə Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşuldumasına görə Monteneqroya təşəkkür edib. Bu barədə APA “Te Interesa” nəşrinə istinadən xəbər verir.
Onun sözlərinə görə, yürütdüyü xarici siyasətinə görə Monteneqro artıq de-fakto Aİ-nin üzvü hesab edilir. D.Tusk rəsmi Podqoritsanı korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizəni fəallaşdırmağa çağırıb.
“Monteneqro vətəndaşlarının Avropa və Avro-Atlantik məkana meyilli olması göz qabağındadır” , - deyə Tusk qeyd edib.