Kanadanın Toronto şəhərində beynəlxalq hava limanında iki sərnişin təyyarəsi toqquşub.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, havaya qalxmağa hazırlaşan təyyarənin qanadı terminalda dayanmış digər təyyarənin qanadı ilə toqquşub.
Təyyarələrin “Pakistan International Airlines” və “Air France” şirkətlərinə məxsus olduğu bildirilir.
İnsident nəticəsində zərərçəkən olmayıb. Qəzanın səbəbləri barədə məlumat verilmir. Lahor şəhərinə uçan Pakistan təyyarəsinin uçuşu ləğv edilib. Sərnişinlər digər təyyarə ilə Lahora göndəriləcək.