ABŞ Suriyada hakimiyyəti dəyişmək fikrindən vaz keçdi
04 aprel 2017 21:44 (UTC +04:00)

ABŞ Suriyada hakimiyyəti dəyişmək fikrindən vaz keçdi

ABŞ Suriyada Bəşər Əsəd hakimiyyətinin dəyişdirilməsi variantını artıq nəzərdən keçirmir və onu “siyasi reallıq” hesab edir.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibi Şon Spayser bildirib.    

 

“Hazırda Suriyada rejimin dəyişdirilməsi üçün əvvəllər mövcud olan fundamental imkan yoxdur”, - deyə Spayser bildirib.  

 

O qeyd edib ki, Suriyada hər-hansı dəyişikliyi yalnız bu ölkənin vətəndaşları etməlidir. “Suriyadakı siyasi reallığı qəbul etməmək səfehlik olardı”, - deyə Ağ Ev rəsmisi vurğulayıb.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 312
avatar

Oxşar yazılar