ABŞ-da hökumət böhranı
16 may 2013 10:17 (UTC +04:00)

ABŞ-da hökumət böhranı

Vergi İdarəsinin direktoru istefa verdi, respublikaçılar qane olmurlar...

 

 

ABŞ-da mühafizəkar qruplara qarşı vergi siyasətində qərəzli münasibətin ortaya çıxması aləmi qarışdırıb.

 

Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, ilkin araşdırmaların nəticəsi açıqlanandan sonra dünən ABŞ Vergi İdarəsinin direktoru Stiven Miller istefa verib.

 

Stiven Millerin istefası xəbərini ABŞ prezidenti Barak Obama keçirdiyi mətbuat konfransında açıqlayıb. Barak Obama deyib ki, Vergi İdarəsinin direktorunun istefasını ABŞ Xəzinəsinin katibi Ceykob Lyu tələb edib. O, gələcəkdə sui-istifadə hallarının qarşısının alınması üçün Vergi İdarəsinin fəaliyyətinə nəzarətin artırılmasının zəruri olduğunu bəyan edib. Barak Obama deyib ki, heç bir dövlət qurumunun belə davranışına qarşı dözümlü olmayacaq. Respublikaçılar Partiyası isə bəyan edib ki, Barak Obama Vergi İdarəsi ilə bağlı araşdırmanın yekunlaşmasına mane olmamalıdır.

 

Qeyd edək ki, Stiven Miller bundan əvvəl günahını etiraf edib, mühafizəkar qruplara qarşı vergi siyasətinin sərtləşməsinin bu qruplardan olan şikayətlərin kəskin şəkildə artması ilə izah edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 578
avatar

Oxşar yazılar

Dünyanın ən böyük  çiyələyi

Dünyanın ən böyük çiyələyi

27 iyul 2024 , 12:50
MDB ölkələrindən birində terror törətmək  istəyən tutuldu

MDB ölkələrindən birində terror törətmək istəyən tutuldu

27 iyul 2024 , 10:20
Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42