"TANAP Türkiyənin Rusiya qazından asılılığına son qoyacaq"
02 iyun 2016 10:41 (UTC +04:00)

"TANAP Türkiyənin Rusiya qazından asılılığına son qoyacaq"

0

 "TAP üzrə hazırlıq işlərinin 10%-i yekunlaşıb".

 

"APA-Economics" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən beynəlxalq Xəzər Neft və Qaz ("Caspian Oil & Gas") konfransında çıxışı zamanı energetika naziriNatiq Əliyev bildirib.

 

Nazirin sözlərinə görə, TAP-dan Avropaya ixrac edilən qazdan Monteneqro, Xorvatiya, Bosniya və Herseqovina da yararlanacaq: "Artıq TAP konsorsiumu Monteneqro, Xorvatiya, həmçinin Bosniya və Herseqovinaya interkonnektorun çəkilməsini təklif edib. TAP qazı Bolqarıstanın 40% qazını təmin etməyə qadirdir".
 

TANAP barədə danışan N. Əliyev qeyd edib ki, adıçəkilən layihə Türkiyənin Rusiya qazından asılılığına son qoymağa kömək edəcək. "Bu günə qədər Türkiyənin Rusiya qazından asılılığı 58% təşkil edir. Digər tərəfdən TANAP-la nəql olunan qaz Rusiya qazından daha ucuz başa gələcək".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar