Avstraliyada gənc bir adam suda sürüklənən ölü bir balinanın üzərinə çıxmış vəziyyətdə görüntülənib. İşin ən maraqlı tərəfi isə balinanın ətrafında köpək balıqlarının üzməsi olub.
Lent.az-ın “musavat.com”-a istinadən xəbərinə görə, Harrison Villiams adlı gənc qayığı ilə dənizdə tura çıxdığı zaman acı çəkdiyini düşündüyü balinaya yardım etmək üçün suya hoppanıb. Amma balinanın yanına gəldikdən sonra ölü olduğunu anlayan Villiams onun üstünə çıxanda qəribə mənzərə ilə qarşılaşıb. Məlum olub ki, ölü balinanın ətrafındakı köpək balıqları onu didmək üçün növbəyə dayanıblar.
Gənc bu mənzərədən qorxuya düşdüyü üçün qışqırmağa başlayıb. Onu başqa bir gəmidəki heyət azad edib.