Portuqaliya saytı: Azərbaycan planetin ən ekzotik yerlərindən biridir
20 iyun 2015 14:27 (UTC +04:00)

Portuqaliya saytı: Azərbaycan planetin ən ekzotik yerlərindən biridir

Portuqaliyanın record.xl.pt saytında Azərbaycanla bağlı məqalə dərc olunub.

 

APA-nın məlumatına görə, Azərbaycan planetin ən ekzotik yerlərindən biri kimi xarakterizə olunub.

 

Sayta müsahibə verən portuqaliyalı velosipedçi Edqar Pinto da Bakı haqqında xoş sözlər söyləyib. O, Bakını Dubayla müqayisə edib: "Dubay kimi Bakının da nefti çoxdur. Digər bənzərliklər də var. Bizim yerləşdiyimiz Atletlər Kəndindəki evlər ərəb stilində inşa olunub. Sadəcə Dubaydakı binalar daha böyükdür".

 

E. Pinto Bakıda iştirak etdiyi velosiped yarışlarından da danışıb. O, mübarizənin gərgin olacağını, uğur qazanmağa çalışacaqlarını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 207
avatar

Oxşar yazılar