[b]Yapon dənizində itkin düşən azərbaycanlıların axtarışı davam etdiriləcək[/b]
30 yanvar 2018 04:42 (UTC +04:00)

[b]Yapon dənizində itkin düşən azərbaycanlıların axtarışı davam etdiriləcək[/b]

Yapon dənizində batan "Vostok" balıqçı gəmisinin axtarışları davam etdiriləcək.

 

APA-nın məlumatına görə, bu barədə RİA Novosti agentliyinə Rusiya Fövqəladə Hallar Nazirliyinin Primorsk diyarı üzrə Baş İdarəsindən bildiriblər.

 

“İdarə rəhbərliyi axtarışları davam etdirmək qərarına gəlib. Bu gün axtarışlara iki təyyarə cəlb ediləcək”, deyə FHN rəsmisi bildirib. Onun sözlərinə görə, axtarışlar azı iki gün davam edəcək.

 

Bundan əvvəl yerli xilasedici mərkəzin nümayəndəsi  gəminin axtarışlarının dayandırıldığını bildirmişdi.

 

Qeyd edək ki, "Vostok" balıqçı gəmisi yanvarın 25-də Primorsk diyarı sahillərində, Yapon dənizində yoxa çıxıb. Gəmidə Rusiya vətəndaşı olan iki azərbaycanlı - Mübariz Hüseynov və Ruslan Əlizadə olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 295
avatar

Oxşar yazılar