Cənubi Koreyada baş verən yanğın zamanı ölənlərin sayı 41-ə çatıb.
APA-nın məlumatına görə, bu barədə “Yonhap” agentliyi xəbər yayıb. Hadisə zamanı daha 79 nəfərin xəsarət aldığı bildirilir. Onlardan onunun vəziyyəti ağırdır.
***
06:26
Cənubi Koreyada xəstəxanada yanğın nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yanğın Milyan şəhərində Kral Secon adına xəstəxanada baş verib. Yanğın nəticəsində daha 40 nəfərə tibbi yardın göstərilib.
Yanğının binanın birinci mərtəbəsində yerləşən təxirəsalınmaz tibbi yardım şöbəsində başladığı ehtimal olunur. Yanğını 1 saat 40 dəqiqədən sonra söndürmək mümkün olub.