Türkiyədə dollar və avronun qiyməti sürətlə bahalaşır. Lent.az xəbər verir ki, birjalarda 1 dolların dəyəri 3,92 lirə səviyyəsini keçib. Bu gün ərzində türk lirəsi 3,4 faizdən artıq dəyər itirib. Avro isə Türkiyənin milli valyutası qarşısında 2,6 faizdən çox bahalaşıb və 4 lirəlik psixoloji həddi keçərək 4,1 lirəyə çatıb.
Birjalarda türk lirəsinin ucuzlaşması tendensiyası bu dəqiqələrdə də davam edir.