Türkiyə Hərbi-Hava Qüvvələri Suriyanın Afrin bölgəsində PKK, YPG və İŞİD terrorçularına qarşı aparılan “Zeytun budağı” əməliyyatı çərçivəsində yanvarın 27-də terror təşkilatlarına məxsus 42 obyekti və 53 terrorçunu məhv edib.
APA-nın Türkiyənin SH Baş Qərargahının məlumatına istinadən verdiyi xəbərə görə, əməliyyatda iştirak etmiş 22 təyyarənin hamısı bazalara qayıdıb.
Əməliyyat başlayandan (yanvarın 20-dən) , ümumilikdə, 394 terrorçunun məhv edildiyi bildirilir. Türkiyə ordusunun 2 hərbçisi şəhid olub, 11 nəfəri yaralanıb.