[b]Suriya təyyarəsi Türkiyəyə düşdü[/b]
04 mart 2017 22:31 (UTC +04:00)

[b]Suriya təyyarəsi Türkiyəyə düşdü[/b]

Türkiyənin baş naziri Binəli Yıldırım ölkənin cənubundakı Hatay əyalətində Suriya Hərbi-Hava Qüvvələrinə məxsus döyüş təyyarəsinin qəzaya uğradığını təsdiqləyib. APA-nın “Daily Sabah”a istinadən verdiyi xəbərə görə, Türkiyənin axtarış-xilasetmə qurumlarının əməkdaşları artıq qəzaya uğramış təyyarənin qalıqlarını aşkarlayıblar. Təyyarənin göyərtəsində pilotun olmadığı qeyd edilir. Pilotun axtarışları davam etdirilir.  

 

Qeyd edək ki, bundan əvvəl “Əhrar aş-Şam” qruplaşmasının silahlıları Suriyanın şimal-qərbində “MİQ-21” tipli təyyarə vurduqlarını bəyan ediblər. Pilotun katapultə olunaraq, Türkiyə ərazinə endiyi bildirilib.   

 

Türkiyə tərəfi qəzaya uğrayan təyyarənin “MİQ-23” olduğunu bildirir.  

 

“Əl Masdar” nəşri hərbi mənbəyə istinadən bildirib ki, Suriya hərbi komandanlığı İdlib əyalətində aşağı hündürlükdən uçan  Hərbi-Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi ilə əlaqəni itirib.  

 

Lakin mənbə, terrorçuların iddiasını rədd edərək,  təyyarənin texniki nasazlıq səbəbindən qəzaya uğradığını qeyd edib.  Pilot katapultə olunaraq, Türkiyə ərazinə enməyə müvəffəq olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 159
avatar

Oxşar yazılar