<b>Sabiq prezident tutuldu</b>
30 mart 2017 22:46 (UTC +04:00)

Sabiq prezident tutuldu

Seulda Cənubi Koreyanın sabiq prezidenti Pak Kın Xe saxlanılıb.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Pak Kın Xe Seul məhkəməsi müvafiq order verdikdən sonra polis tərəfindən saxlanılıb. Sabiq prezident rüşvətxorluqda, hakimiyyətdən sui-istifadədə və məxfi məlumatların kənar şəxsə – rəfiqəsi Tsoy Sun Silə ötürməkdə ittiham olunub.     

 

Bundan əvvəl, martın 10-da Cənubi Koreyanın Konstitusiya Məhkəməsi prezident Pak Kın Xenin impiçmentini təsdiqləyib. İri korrupsiya qalmaqalı ilə bağlı verilən impiçment qərarı ötən ilin dekabrın 9-da parlament tərəfindən qəbul edilib. 

 

Konstitusiya Məhkəməsinin qərarı Cənubi Koreyanın YTN telekanalının efirində elan edilib. Məhkəmənin 8 üzvünün hamısı impiçmenti dəstəkləyib.

 

Pak Kın Xe dövlət idarəçiliyindən tamamilə kənarlaşdırılacaq. Ölkədə 60 gün ərzində vaxtından əvvəl prezident seçkilərinin keçiriləcəyi gözlənilir.  İmpiçmentin olmayacağı təqdirdə prezidentin səlahiyyətləri 2018-ci ilin fevralında başa çatacaqdı. 

 

Ölkədə prezident səlahiyyətlərini hazırda baş nazir Xvan Qe An icra edir.

 

Qeyd edək ki, ötən ilin payızında Cənubi Koreyada prezidentin ən yaxın rəfiqəsi Tsoy Sun Sil ətrafında yaranan korrupsiya qalmaqalı səngimək bilmir.

 

Hüquq-mühafizə orqanları onu heç bir hökumət vəzifəsi tutmadığı halda, prezidentin siyasi qərarlarına təsir etməkdə və prezidentlə yaxınlığından istifadə edərək Cənubi Koreyanın korporasiyalarından iri məbləğdə pul vəsaitləri tələb etməkdə şübhəli bilinir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 244
avatar

Oxşar yazılar