Rusiya Federal Təhlükəsizlik Xidməti və DİN əməkdaşları Moskva və Mahaçqalada terror aktları planlaşdıran İŞİD tərəfdarlarını saxlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Dağıstan sakinləri olan 4 şəxs 13-14 oktyabr tarixlərində Moskva və Mahaçqalada saxlanılıb.
Saxlanılan şəxslər İŞİD emissarları ilə təmasda olduqlarını, odlu və soyuq silahlar istifadə etməklə rezonanslı terror aktları törətməyi planlaşdırdıqlarını etiraf ediblər. Onlar həmçinin polis əməkdaşları və hərbçilərə də hücum törətmək niyyətində olduqlarını etiraf ediblər.
“Mahaçqalada kustar üsulla hazırlanmış üç partladıcı qurğunun saxlanıldığı cinayətkarlara məxsus iki xüsusi gizlənc yeri aşkarlanıb”, - deyə məlumatda qeyd edilib.