<b>Peterburqda terror aktını törədənin şəxsiyyəti müəyyənləşdi</b>
04 aprel 2017 05:46 (UTC +04:00)

Peterburqda terror aktını törədənin şəxsiyyəti müəyyənləşdi

İlkin araşdırmalara əsasən, Peterburq metrosunda partlayış terrorçu-kamikadze tərəfindən törədilib.

 

APA-nın xəbərinə görə, bu barədə TASS agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

 

“Cinayətkarın şəxsiyyəti artıq müəyyənləşdirilib. O, Orta Asiya mənşəlidir və Suriyada döyüşən  silahlılarla əlaqəsi olub”, deyə mənbə bildirib.

 

Onun sözlərinə görə, vaqonda  200-300 qram trotil ekvivalenti gücündə əldəqayırma bomba partlayıb. Mənbə həmçinin bildirib ki, "Texnoloji institut" və Sennaya ploşşad" stansiyaları arasında işə salınan partlayıcı qurğu  bir qədər sonra "Ploşşad Vostaniya" stansiyasında zərərsizləşdirilən partlayıcı ilə eyni olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 189
avatar

Oxşar yazılar