<b>Netanyahu korrupsiya işi üzrə təkrar dindirildi</b>
06 yanvar 2017 03:44 (UTC +04:00)

Netanyahu korrupsiya işi üzrə təkrar dindirildi

İsrail polisi korrupsiya işi üzrə ikinci dəfə baş nazir Binyamin Netanyahunu dindirib.  

 

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, dindirilmə baş nazirin iqamətgahında aparılıb və beş saat davam edib. Bundan başqa polisin bəyanatına istinadən bildirilir ki, baş nazir həmçinin digər iş üzrə də ifadə verib. Həmin iş üzrə şübhəli bilinən ikinci şəxs bundan əvvəl polis tərəfindən dindirilib.  

 

Xatırladaq ki, Netanyahu bundan əvvəl yanvarın 2-də polisə ilk ifadəsini verib. Dindirilmədən sonra Netanyahu onun barəsində səslənən korrupsiya ittihamları təsdiqini tapmayıb.

 

Qeyd edək ki,  Binyamin Netanyahu və onun ailə üzvləri sahibkarlardan yüz minlərlə şekel dəyərində hədiyyələr almaqda ittiham olunurlar. Polis ölkədə və xaricdə olan bir neçə şahidi dindirib.

 

Netanyahu bütün ittihamları rədd edib.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 266
avatar

Oxşar yazılar