Əfqanıstanın paytaxtı Kabildə törədilmiş partlayış nəticəsində 95 nəfər ölüb, 158 nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayış səfirliklər və inzibati binaların yerləşdiyi Vəzir Əkbər Xan məhəlləsində baş verib. Məlumata görə, partlayışı minalanmış təcili yardım maşını vasitəsilə terrorçu-kamikadze törədib. Əfqanıstan DİN-i teraktla əlaqədə şübhəli bilinən 4 şəxsin saxlanıldığını bildirib.
“Taliban” hərəkatı partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.