Ermənistanda keçirilən parlament seçkiləri ilə əlaqədar təşkil olunan “exit-poll”un nəticələri açıqlanıb.
APA-nın “news.am”-a istinadən verdiyi xəbərə görə, “Erkir media” telekanalının sifarişi əsasında "Baltic Surveys/The Gallup Organization" şirkətinin keçirdiyi “exit-pol”un nəticələrinə görə, hakim Respublika partiyası 46 faiz, “Tsarukyan” bloku isə 25 faiz səs toplayıb. Üçüncü yerdə “Yelk” bloku (10%), dördüncü yerdə isə “Daşnaksutyun” partiyası (5%) qərarlaşıb. Parlamentdə təmsil olunmaq üçün partiyalar ən azı 5, partiya blokları isə 7 faiz səs qazanmalıdır.
“Exit-pol” 13 məntəqədə 19 130 seçici arasında keçirilib.