[b]Hollandiya nümayəndəsi Türkiyə XİN-ə çağırıldı[/b]
11 mart 2017 19:22 (UTC +04:00)

[b]Hollandiya nümayəndəsi Türkiyə XİN-ə çağırıldı[/b]

Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazəni ləğv etdikdən sonra Niderlandın Ankaradakı müvəqqəti işlər müvəkkili Türkiyə XİN-ə çağırılıb.  

 

APA-nın xəbərinə görə, bu barədə “Röyters” Türkiyə XİN-dəki mənbəyə istinadən məlumat yayıb.

 

Xəbər verildiyi kimi, bu gün xarici işlər naziri Mövlud Çavuşoğlunun Hollandiyaya getməsinin qarşısı alınıb. Hollandiya tərəfi Çavuşoğlunun uçuş icazəsini ləğv edib.

 

Prezident Rəcəb Tayyib Ərdoğan Hollandiyanın bu addımına sərt reaksiya göstərib: "Nazirimiz Hollandiyaya getmək istəyərəkən, bu xəbər gəldi. Referendumdan sonra bu işlərlə məşğul olacağıq. Görək, sənin təyyarələrin Türkiyəyə necə gələcək? Mən diplomatiyadan danışıram, vətəndaşların səyahətini nəzərdə tutmuram. Bunlar bu qədər qorxaqdır, nasizmin qalıqlarıdır, faşistdirlər".

 

Qeyd edək ki, daha əvvəl martın 11-də Rotterdama gedəcəyini bəyan edən nazir "Hollandiya uçuş icazəmi ləğv edirsə, bizim böyük sanksiyalarımız olar"- deyə, bildirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 211
avatar

Oxşar yazılar