[b]Etirazçılar iki nazirliyin binasına od vurdu[/b]
25 may 2017 01:30 (UTC +04:00)

[b]Etirazçılar iki nazirliyin binasına od vurdu[/b]

Braziliyanın paytaxtında etirazçılar maliyyə nazirliyinin binasını yandırıblar.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl ölkənin kənd təsərrüfatı nazirliyinin binasına od vurulub.

 

Braziliya hökuməti dövlət təşkilatları əməkdaşlarının təcili təxliyə olunması barədə qərar qəbul edib.

 

Braziliyanın paytaxtında prezident Mişel Temerə qarşı etiraz aksiyaları davam edir. Etirazçılar dövlət başçısının istefasını, növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edirlər. Müxtəlif məlumatlara görə, nümayiş və etiraz aksiyalarında 150 mindən çox insan iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 209
avatar

Oxşar yazılar