<b>Ermənistanda parlament seçkilərinin ilkin nəticələri</b> - <span style="color:red;">YENİLƏNİB-1
03 aprel 2017 07:42 (UTC +04:00)

Ermənistanda parlament seçkilərinin ilkin nəticələri - YENİLƏNİB-1

Ermənistanda keçirilən seçkilərin ilkin nəticələrinə görə parlamentə 4 partiya və blok keçir.

 

APA-nın “news.am”-a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir. Hazırda 2009 məntəqədən 1501-nin protokolları MSK-ya daxil olub.

 

İlk yeri səslərin 49,32%-ni toplayan Respublika partiyası  tutur. İkinci yerdə “Tsarukyan” bloku (27,67 %) qərarlaşıb. Bülletenlərin 64%-nin hesablanmasından sonra “Yelk” bloku 7%-liq keçid həddini adlaya bilib. 7,39% səs toplayan “Yelk” “Daşnaksutyun” partiyasını (6,74%)  qabaqlayıb.

 

Digər partiyalar parlamentə keçid həddini adlaya bilmir. Parlamentdə təmsil olunmaq üçün partiyalar ən azı 5, bloklar isə 7 faiz səs qazanmalıdır. Parlament seçkilərində pozuntularla əlaqədar Ermənistan polisinə 176 məlumat daxil olub.

 

***

 

Ermənistanda aprelin 2-də keçirilmiş parlament seçkilərində hakim partiya qalib gəlir.

 

APA-nın “news.am”-a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir. İndiyə qədər 506 məntəqədən protokollar MSK-ya daxil olub.

 

İlk yeri səslərin 59,12%-ni toplayan Respublika partiyası  tutur. İkinci yerdə, əvvəlki kimi,  “Tsarukyan” bloku (26 %), üçüncü pillədə isə “Daşnaksutyun” partiyası (7,36%)  qərarlaşıb.

 

Digər partiyalar parlamentə keçid həddini adlaya bilmir. Parlamentdə təmsil olunmaq üçün partiyalar ən azı 5, bloklar isə 7 faiz səs qazanmalıdır.

 

***

 

Ermənistanda aprelin 2-də keçirilmiş parlament seçkisinin ilk nəticələri məlum olub.

 

APA-nın “news.am”-a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir. İndiyə qədər 106 məntəqədən protokollar MSK-ya daxil olub.

 

İlk yeri səslərin 59,99%-ni toplayan Respublika partiyası  tutur. İkinci yerdə “Tsarukyan” bloku (22,12%), üçüncü yerdə isə “Daşnaksutyun” partiyasıdır (8,37%).

 

Digər partiya və bloklar 4%-dən az səs toplaya bilib.

 

Qeyd edək ki, parlamentdə təmsil olunmaq üçün partiyalar ən azı 5, bloklar isə 7 faiz səs qazanmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 184
avatar

Oxşar yazılar