Ermənistan parlamenti baş nazirin seçiləcəyi yeni tarixi açıqlayıb.
Lent.az-ın tert.am-a istinadən verdiyi xəbərə görə, mayın 8-də parlamentin bununla bağlı xüsusi iclası keçiriləcək. Bu barədə parlamentin sədri Ara Babloyan jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, baş nazirin seçkisi il bağlı xüsusi iclas həmin gün saat 12:00-da başlayacaq.
Xatırladaq ki, mayın 1-də keçirilən iclasda baş naziri seçmək mümkün olmayıb. Bu vəzifəyə yeganə namizəd Nikol Paşinyana 8 səs çatmadığı üçün o, yeni hökümətin başçısı seçilə bilməyib.