<b>Ərdoğandan ermənilərə növbəti jest </b>
24 aprel 2018 16:30 (UTC +04:00)

Ərdoğandan ermənilərə növbəti jest 

 

 
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbulun Məryəm Ana kilsəsindəki mərasim iştirakçılarına 1915-ci ildə həyatlarını itirən ermənilərlə bağlı təziyə məktubu göndərib.
 
Lent.az-ın Türkiyənin Aqos nəşrinə istinadən verdiyi xəbərə görə, Ərdoğan 1915-ci il hadisələrində həyatlarını itirən İstanbul ermənilərini sayğı ilə andığını bildirib:
“Həmin hadisələr zamanı həyatlarını itirən Osmanlı ermənilərini sayğı ilə anıram. Onların övladlarına və nəvələrinə dərin hüznlə başsağlığı verirəm”.
 
 
Qeyd edək ki, bu, Türkiyə prezidenti Ərdoğanın ermənilərə ilk jesti deyil. Belə ki, Ərdoğan 2012-ci ildə baş nazir olarkən ümumilikdə 40 min erməni miqrantın Türkiyə ərazisinində rahat ticari fəaliyyəti üçün fərman imzalamışdı. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 387

Oxşar yazılar