<b>Dövlət katibi: “ABŞ Rusiyaya qarşı sanksiyaları götürməyəcək”</b>
31 mart 2017 22:17 (UTC +04:00)

Dövlət katibi: “ABŞ Rusiyaya qarşı sanksiyaları götürməyəcək”

Krım Ukraynaya qaytarılmayanadək ABŞ Rusiyaya qarşı sanksiyaları geri götürməyəcək.

 

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson Brüsseldə NATO ölkələri xarici işlər nazirlərinin görüşündə bəyan edib.

 

“ABŞ və NATO tərəfindən Ukraynaya dəstək davamlı olaraq qalacaq. NATO üzrə tərəfdaşlarımız da Ukraynanın suverenliyi və ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyir”, deyə R.Tillerson bildirib.

 

O əlavə edib ki, ABŞ Rusiyadan Minsk razılaşmalarının yerinə yetirilməsini tələb etməkdə davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 249
avatar

Oxşar yazılar